01d58f70-9231-472e-b7e2-da9250d4b776..jpg

MN işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyətinin səviyyəsini nümayiş etdirdi – VİDEO

Baxış sayı: 480 dəfə baxılıb.

MN işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyətinin səviyyəsini
nümayiş etdirdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevintapşırığına əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan
hərbi hissələrdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə
təşkili üçün bütün imkanlar yaradılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yüksək döyüş hazırlığı, nizam-intizam və sağlam
mənəvi-psixoloji mühitin yaradılması bölmələrin qarşısında qoyulan ilkin
tələblərdən biridir.

“Hərbi hissələrdə mövcud sosial-məişət şəraiti şəxsi heyətin nəzəri-praktiki
biliklərinin artırılması, döyüş növbətçiliyinin tələblərə uyğun aparılması və
mədəni-asudə vaxtının səmərəli təşkili üçün zəmin yaradır.

Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə qoşun xidmətinin təşkili günün
nizam qaydalarına uyğun olaraq davam etdirilir. Hərbi qulluqçularla nəzəri və
praktiki məşğələlər keçirilir, bununla yanaşı, döyüş növbətçiliyinə cəlb edilən
şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, mövqelərdə ayıq-sayıqlığın
yüksək səviyyədə olmasının vacibliyi xüsusi qeyd edilir.

Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığını onun yüksək
mənəvi-psixoloji hazırlığı tamamlayır. Bu baxımdan hərbi qulluqçularla mütəmadi
olaraq ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilir, ölkəmizdə və dünyada
baş verən hadisələr haqqında məlumat verilir, onların dünyagörüşünün
formalaşdırılmasına diqqət yetirilir”, – deyə məlumatda qeyd olunur.


Source link