1cde2d70-c3ed-4af9-a79a-16a1c79223ce..jpg

“MOL Group” “Azeri Light” neftini müntəzəm olaraq emal edə bilər – FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

“MOL Group” “Azeri Light” neftini müntəzəm olaraq emal edə bilər – FOTO

Bu yaxınlarda ilk dəfə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar
blokundan nefti özünün Slovakiyadakı “Slovnaft” neft emalı zavoduna tədarük
edən Macarıstanın “MOL Group” şirkəti “Azeri Light” neftini müntəzəm olaraq
emal edə bilər.

Bu barədə “Slovnaft”dan “Trend”in sorğusuna cavab olaraq bildiriblər.

“Bu, birdəfəlik çatdırılma idi, lakin onu müntəzəm etmək imkanı var. Artıq
şirkət qərar verə bilər ki, özünün AÇG yatağında hasil olunan xam neft payını
satsın və ya onu özünün neft emalı zavoduna nəql etsin. Bu da Slovakiyada,
həmçinin şirkətin əsasən fəaliyyət göstərdiyi regionda tədarüklərin
etibarlılığını artırır”, – deyə “Slovnaft”dan bildiriblər.

Qeyd olunub ki, bu şirkətin xam neft tədarüklərinin çevikliyinin artırılması
səylərində mühüm bir addımdır.

“Bundan başqa, Türkiyədə Ceyhan limanından Xorvatiyada Omişal limanına
“Seavelvet” tankerinin gəlməsi, daha sonra 90 min ton xam neftin “Adria” boru
kəməri ilə Bratislavaya nəqli “MOL Group”un uğur tarixçəsidir. Bu, özlüyündə
dəyər formalaşması zəncirinin kompleks inteqrasiyasını əks etdirir, belə ki,
şirkət pay sahibi olduğu yataqda hasil olunan xam neftdən istifadə etməklə
özünün neft emalı zavodlarından birində istehsal olunan neft məhsullarını emal
edəcək və satacaq. Neft Bakı yaxınlığındakı Səngəçal neft terminalından
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “MOL Group”un da pay sahibi olduğu Ceyhana
nəql olunur”, – deyə “Slovnaft”dan əlavə ediblər.

“Azeri Light” neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı
apreldə başlayacaq.

Qeyd edək ki, “MOL” “Azəri-Çıraq-Günəşli” blokunda səhmlərin 9,57%-nə sahibdir.

bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – “Çıraq”
(25 200), “Mərkəzi Azəri” (104 100), “Qərbi Azəri” (106 400), “Şərqi Azəri” (64
000), “Dərinsulu Günəşli” (76 300) və “Qərbi Çıraq” (39 400) platformalarından
birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152
milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp – 30,37%; SOCAR – 25,00%; MOL –
9,57%; INPEX – 9,31%; “Equinor” – 7,27%; “ExxonMobil” – 6,79%; TPAO – 5,73%;
ITOCHU – 3,65% və “ONGC Videsh Limited” (OVL) – 2,31%.

Source link