Moskva ABŞ-a qarşı cavab tədbirlərini elan etdi

Moskva ABŞ-a qarşı cavab tədbirlərini elan etdi

Baxış sayı: 4. 223 dəfə baxılıb.

60 rusiyalı diplomatın qovulması və Sietl şəhərindəki baş konsulluğun bağlanmasına, Rusiya Federasiyası anoloji sayda diplomatların xaric edilməsi və ABŞ-ın Peterburqdakı baş konsulluğunun bağlanması ilə cavab verəcək.

ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, bu bəyanatı “Skripal işi” ilə bağlı beynəlxalq qalmaqal fonunda Rusiyanın xarici işlər naziri Serqey Lavrov səsləndirib.

“Demək olar ki, bir neçə dəqiqə əvvəl ABŞ səfiri Hantsman nazirliyə çağırılıb, mənim müavinim Serqey Ryabkov ona ABŞ-a qarşı cavab tədbirlərinin məzmunu çatdırır.” deyə Lavrov jurnalistlərə verdiyi açıqlamada bildirib.

Lavrov bundan başqa, cavab tədbirlərinin təkcə “güzgü effektli” olmayacağını, əlavə ölçülərin də qəbul olunacağını diqqətə çatdırıb.

.
www.ÇıxışYolu.Com