Moskva Londondan 40 qatilin ekstradisiyasını tələb edir

Moskva Londondan 40 qatilin ekstradisiyasını tələb edir

Baxış sayı: 2. 760 dəfə baxılıb.

Moskva Britaniya hökumətinin axtarışda olan 40 Rusiya vətəndaşını ekstradisiya etməsini istəyir.

ÇıxışYolu.Com xəbər verir ki, bu bəyanatı Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova “Rossiya 1” telekanalının “60 minut” verlişində səsləndirib.

Diplomatın sözlərinə görə, axtarışda olan şəxslər arasında silsilə qətllər törətmiş şəxslər var.

“Bu insanların uzun müddət Rusiyaya təhvil verilməməsi azmış kimi, hələ onlara qaçqın statusu, siyasi sığınacaq verilir, London onları tam olaraq öz himayəsinə götürür, tam sosial müdafiə paketi ilə təmin edir” deyə Zaxarova bildirib.

.
www.ÇıxışYolu.Com