b2fe5023-12db-486e-8d29-0ee24ac7785e..jpg

Moskva səmasında UNO göründü: Obyekt yanacaqdoldurma məntəqəsinə doğru uçub – FOTO

Baxış sayı: 871 dəfə baxılıb.

Moskva səmasında UNO göründü: Obyekt yanacaqdoldurma məntəqəsinə doğru uçub –
FOTO

Rusiyada Yeni Moskva istiqamətində uçan naməlum obyekt (UNO) görünüb.

Məlumata görə, UNO Kaluqa şosesində yerləşən “Tatneft” yanacaqdoldurma
məntəqəsinə doğru uçub.

Gecə saatlarında bölgədə patrul xidmətində olan polis qrupundan bununla bağlı
informasiya daxil olub. Polis qrupu aşağı hündürlükdə uçan və işıq saçan obyekt
gördüyünü bildirib. UNO yanacaqdoldurma məntəqəsinə doğru hərəkət edib və bir
müddət sonra yenidən Mixaylovo-Yartsevo qəsəbəsi istiqamətinə qayıdıb.

Xatırladaq ki, keçən cümə günü də Yeni Moskvada UNO-lar müşahidə ediliblər.
Patrul polisi aşağı hündürlükdə dövrə vuran dörd obyekt gördüyünü deyib.

Mənbə: “SHOT” “Telegram”

Source link