Moskvada kütləvi mitinq keçirilib – VİDEO

Moskvada kütləvi mitinq keçirilib – VİDEO

Baxış sayı: 2. 381 dəfə baxılıb.

Moskvanın Puşkin meydanına uzun illərdir ki, bu qədər insan toplaşmayıb.

ÇıxışYolu.Com “mk.ru”ya istinadən xəbər verir ki,  Kemerovoda “Qış albalısı” TM-də baş vermiş yanğında həlak olmuş qurbanları anmaq üçün, ümumxalq mitinqində on minlərlə insan iştirak edib.

İnsanlar kütləvi şəkildə klassik rus şairinin abidəsi ətrafına axın edir.

Aksiyada müxalif fəalların iştirak etməsinə baxmayaraq,  sakinlərin çoxu səssiz şəkildə abidənin önünə güllər və oyuncaqlar qoyur, həlak olmuş insanlar üçün dualar edir.

OMON qüvvələri təhlükəsizlik məqsədilə ətrafda dəmir çəpərlər quraşdırıb.

Artıq yerli vaxtla 19:00-da Puşkin meydanı tamamilə dolub.

Sosial şəbəkələrdə təşkil olunan aksiyanın əsas tələbi nümayişdə heç bir siyasi təşviqat, şüarlar, siyasi kontekstli plakatlardan istifadə olunmaması olub.

Ancaq bir çox iştirakçılar təşkilatçıların bu tələblərinə məhəl qoymur.

Anım mitinqinə qatılan müxalifət lideri Aleksey Navalnı belə, müxalif fəalları bu fikirdən daşındıra bilməyib.

Jurnalistlərə verdiyi açıqlamada Navalnı Puşkin meydanına təşviqat üçün yox, öz vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə gəldiyini vurğulayıb.

Xatırladaq ki, Kemerovo şəhərinin TM-də baş vermiş yanğın 64 nəfərin həyatına son qoyub.

.
www.ÇıxışYolu.Com