dcadab51-aa46-4664-8361-f7cb0817ac8f..jpg

Moskvada Türkiyənin iştirakı ilə dördtərəfli danışıqlar keçiriləcək

Baxış sayı: 868 dəfə baxılıb.

Moskvada Türkiyənin iştirakı ilə dördtərəfli danışıqlar keçiriləcək

Bazar ertəsi Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbəri müavinləri arasında
danışıqlar aparılacaq.

Məlumata görə, artıq bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti
görüşü hazırlamaq üçün Moskvaya gəliblər.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan
sonra qeyd edib ki, dördtərəfli görüşün əsas məqsədi “Türkiyə və Suriyanın
baxışlarının yaxınlaşması” olacaq.

Öz növbəsində, Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi
nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümid
etdiyini bildirib ki, “çox mühüm strateji məqsədə – Suriya və Türkiyə
münasibətlərinin normallaşmasına yönələn vasitəçilik missiyası uğurla bitəcək”.

Mənbə: TASS

Source link