MSK sədri: Seçki Məcəlləsinin tələbi pozulmamalıdır

MSK sədri: Seçki Məcəlləsinin tələbi pozulmamalıdır

Baxış sayı: 4. 035 dəfə baxılıb.

Azərbaycanda hər bir vətəndaşın azad şəkildə səs verməsi üçün şərait yaradırıq: heç bir halda Seçki Məcəlləsinin tələbinin pozulmasına yol verilməməlidir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov qurumun  bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, cəzaçəkmə müəssisələrində vətəndaşların səs verməsi üçün şərait yaradılır:

“Azərbaycan o ölkələrdəndir ki, cəzaçəkmə müəssisələrində olan bütün vətəndaşlar səsvermə hüququna malikdir.

Bəzi inkişaf etmiş ölkələr var ki, orada məhkumların səsvermə hüququ yoxdur, bəzilərində isə məhkumların səsvermə hüququ məhdudlaşdırılır, yəni onların səsvermə hüququ törətdikləri cinayətin dərəcəsinə uyğun müəyyən edilir, ağır cinayət törədən şəxslər səsvermə hüququndan məhrum edilir”.

M.Pənahov vurğulayıb ki, Azərbaycanda bununla bağlı heç bir məhdudiyyət yoxdur, hər kəs səs vermək hüququna malikdir.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com