MTRŞ ekstrasenslərlə bağlı kanallara xəbərdarlıq etdi – VİDEO

MTRŞ ekstrasenslərlə bağlı kanallara xəbərdarlıq etdi – VİDEO

Baxış sayı: 8. 266 dəfə baxılıb.

Ötən günlərdə özünü ekstrasens kimi tanıdan Bayram Nurlunun “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” proqramında özündən çıxması və qışqıraraq küy salması sosial şəbəkələrdə geniş müzakirə olunub.

ÇıxışYolu.Com məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb. Yaşanan hadisəyə münasibət bildirən Dadaşov qonaqların efir qaydalarına zidd hərəkət etdiyini deyib:

“Biz həmin verilişə baxarkən qonaqların efir qaydalarına zidd hərəkət etməsinin şahidi olduq. Aparıcı (red – Elçin Əlibəyli) bu halın qarşısını ala bilərdi.

Proqramın montajına müdaxilə etməklə yayımı normal şəkildə həyata keçirmək olardı. Təəssüf ki, reytinq xatirinə görüntülər montaj olunmadan efirə verilib”.

Təvəkkül Dadaşov deyib ki, MTRŞ efirdə ekstrasenslərin qonaq olmasının əlehinədir:

“Burada qeyri-rəsmi reklam olur. Açıq-aşkar reklam getmir. Efirdə özlərini ekstrasens kimi göstərən insanların əlehinəyik. Çünki həmin insanlar elmi yox, mövhumatı təbliğ edirlər.

Yayımçılara dəfələrlə xəbərdarlıq və tövsiyə edilib ki, bu kimi halların qarşısı alınsın. Onlara bildiririk ki, efir zamanı ekstrasenslərin qonaq çağırılmasına, onların reklamına yer verməsinlər. Lakin yenə də reytinq xatirinə insanlar buna gedirlər. Belə halların kütləviləşməsi isə yolverilməzdir”.

.
www.ÇıxışYolu.Com