ab3966bf-7b8e-4e52-a91b-8f51ae471a05..jpg

Müğənni Nigar Süleymanova Xalq artistini hədələdi: “Məhkəmə qarşısında cavab verəcəksiniz”

Baxış sayı: 696 dəfə baxılıb.

Müğənni Nigar Süleymanova Xalq artistini hədələdi: “Məhkəmə qarşısında cavab
verəcəksiniz”

“Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək söhbətin
haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Xalqımı
satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman
yanımda olmuşunuz? Nəyə əsasən bu fikirləri səsləndirmisiz?”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq
artisti Əbdül Mahmudov barədə deyib. İfaçı onu da əlavə edib ki, Əbdül Mahmudov
qalmaqal üçün darıxıb gündəmə gəlmək üçün onu hədəf olaraq seçib:

“Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa, burada, lazımdırsa,
məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra
nəyəsə rəy bildirərsiniz”.

Qeyd edək ki, müğənni Nigar Süleymanovanın “Dəli divanə” klipi barədə
iradlarını bildirən Xalq artisti Əbdül Mahmudov “Belələri bu millətə ermənidən,
farsdan daha çox ziyan vurur”, deyə fikirlər səsləndirmişdi.

Tanınmış rejissorun bu fikirləri ifaçının qəzəbinə səbəb olub və bununla bağlı
öz mövqeyini açıqlayıb. Nigar Süleymanova, həmçinin klipdə cinsi azlıqların
təbliği məsələsinə də toxunub:

“Orada nə var ki, qız mənim yanağımdan öpür. Bunun cinsi azlıqla heç bir
əlaqəsi yoxdur. Mən cinsi azlıqları təbliğ etməmişəm. Sadəcə o görüntülərin
çəkilməsini mən istəmişəm. Bunu məndən kimsə istəməyib”.

Source link