“Muğanbank”dakı sığortasız əmanətlərin 61 milyon manatı bir fiziki şəxsə aid
olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Muğanbank”ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə
Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının
açıqlanmasına həsr olunan mətbuat konfransı zamanı AMB sədriTaleh Kazımov deyib.
Sədrin sözlərinə görə, ləğv prosesində olan “Muğanbank”da sığortasız əmanətin
məbləği təxminən 102 milyon manatdır:
“102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir. 76 milyonun da
61 milyon manatı bir fiziki şəxsə aiddir. Qalan 25 milyon hüquqi şəxslərin
pullarıdır. Onun da 50 faizi iki şirkətindir”.
T.Kazımov sonda qeyd edib ki, “Muğanbank”ın lisenziyasının ləğv edilməsi
maliyyə sabitliyinə təsir etmir.
Nəzrin Vahid