e497edf0-699b-4e07-986e-62d51c533a35..jpg

Musa Qurbanlı İtaliya A Seriyasında oynaya bilər

Baxış sayı: 667 dəfə baxılıb.

Musa Qurbanlı İtaliya A Seriyasında oynaya bilər

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam
etdirə bilər.

“Report” xəbər verir ki, 21 yaşlı hücumçu “Torino” klubunun maraq dairəsinə
düşüb.

İddiaya görə, gənc forvardı Türkiyə təmsilçiləri də yaxından izləyir. Lakin
onun Turin klubuna keçidinin daha inandırıcı olduğu yazılıb. Bildirilib ki,
“Torino” Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sayəsində
Qurbanlının transferində üstünlük qazana bilər.

Həmçinin klubun istedadlı oyunçunu heyətinə cəlb etmək üçün “Qarabağ”ı qane
edəcək təklif göndərməli olduğu vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlının Ağdam təmsilçisi ilə 2026-cı ilin yayınadək
müqaviləsi var.

Source link