a4db3627-7ca8-48af-b1df-fe0ec58a6e48..jpg

Mustafa Sandal Bakıda: “Azərbaycan ikinci vətənimdir” – FOTO

Baxış sayı: 2. 874 dəfə baxılıb.

Mustafa Sandal Bakıda: “Azərbaycan ikinci vətənimdir” – FOTO

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Mustafa Sandal Heydər Əliyev adına Hava
Limanında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Müğənni ölkəmiz haqqında təəssüratını bölüşüb:

“Bakıya 10 ay əvvəl gəlmişdim. İstanbuldan sonra səhnədə zövq aldığım şəhər
Bakıdır. Buranın izləyicilərini, Bakı şəhərini çox sevirəm. Uzun illərdir ki,
buraya gəlirəm və tamaşaçılarla görüşürəm. Hər dəfə də çox sevinirəm. Bakını
gəzəcəyəm. Şəhər tez-tez dəyişir. Mən də hər dəfə gələndə Bakını gəzirəm.
Azərbaycan ikinci vətənimdir”.

İfaçı bu gün Bakı Konqres Mərkəzində planlaşdırılan konsertindən də danışıb:

“Konsertimin hər dəqiqəsi sürprizlərlə dolu olur. Səhnəyə enerji ilə çıxıram.
Konsertimə gəlsəniz, bunu görərsiniz. İstəyirəm ki, tamaşaçılar konsertimdə
fərqli hiss keçirsinlər, konsertimi unutmasınlar. Bunun üçün də səhnədə həqiqi
və səmimi olmağa diqqət edirəm. Canlı, dinamik, həyəcanlı və sürprizlərə hazır
performans olmasını istəyirəm”

İfaçı “Evliliyiniz necə gedir” sualını belə cavablandırıb:

“Allaha şükür, yaxşıdır”.

Mustafa Sandal “Zirvədə qalmağınızın sirri nədir” sualına – “Pozitiv
enerji… Həyata pozitiv baxa bilmək, insanlarla yaxşı münasibət qurmaq, dəyər
vermək, anı yaşamaq, işini sevmək və özünə yaxşı baxmaq”, – deyə cavab verib.

Müğənni formada qalmasının səbəbini də açıqlayıb:

“Gecələr soyuducuda oluram (gülür). İdman edirəm. Bir çox şeyə diqqət edirəm”.

Qeyd edək ki, Mustafa Sandalın konsertinin təşkilatçısı “Event Office”dir.

Source link