c75e5f6e-0970-44c4-b039-b4a5dadbcdbb..jpg

Nənə ondan pul istəyən nəvəsini tutdurdu

Baxış sayı: 871 dəfə baxılıb.

Nənə ondan pul istəyən nəvəsini tutdurdu

İsmayıllı rayonunda nəvə ona pul verməyən nənəsini döyüb.

“Qaynarinfo”nun məlumatına görə, 1986-cı il təvəllüdlü İsmayıllı rayon sakini
Şafiq yaşadığı evdə nənəsi Zərintacla (şərti) mübahisə edib.

Mübahisəyə səbəb nənəsindən pul istəməsi olub. Nənəsi ona pulunun olmadığını
bildirdikdə aralarında mübahisə yaranıb. Bu zaman Şafiq nənəsini vurub.

Nənə izahatında bildirib ki, Şafiq ondan tez-tez pul istəyir. Sonucu dəfə isə
vermədiyindən axşam saat 02:00 radələrində yaşadığı evdə olarkən onu döyüb.

O, Şafiqi bağışlamayıb. Nənəsi ilə barışmağa hazır olan nəvə barəsində
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək
məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Şafiq İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib və 20
gün müddətində inzibati həbs edilib.

Source link