f6139e95-461a-470d-93bd-2d6f7f892916..jpg

Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 811 dəfə baxılıb.

Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb – FOTO/VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən
həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ
edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan
şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə
məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki
idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin
silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət
əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə
saxladığını bildirib.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq
tədbirləri davam etdirilir.


Source link