Narkotikə görə edam edilənlərin sayı açıqlandı

Narkotikə görə edam edilənlərin sayı açıqlandı

Baxış sayı: 3. 203 dəfə baxılıb.

“Amnesty International” təşkilatı 2017-ci ildə dünyada narkotikə görə edam edilənlərin sayını açıqlayıb.

ÇıxışYolu.Com-ın BBC-yə istinadən məlumatına görə, ümumilikdə həyata keçirilən 993 ölüm cəzasından 272-si (27 faiz) narkotiklə bağlı olub.

Ən çox ölüm hökmü İran və Səudiyyə Ərəbistanında həyata keçirilib. Bununla belə, həyata keçirilən ölüm hökmlərinin sayına görə İran ikinci, Səudiyyə Ərəbistanı isə üçüncü yerdə qərarlaşıb. Liderlər sırasında həmçinin İraq və Pakistan da var. Bu dörd ölkəyə həyata keçirilən ölüm hökmlərinin 84 faizi düşür.

“Amnesty International” ilk pilləni Çinə verib. Lakin rəsmi Pekin ölüm hökmləri barədə rəsmi məlumat vermir. Bununla əlaqədar hesabatda qeyd olunur ki, təşkilatın göstərdiyi rəqəmlər dəqiq olmaya bilər.

Ölüm hökmləri ilə bağlı məlumatlar Vyetnam və Belarusda da açıqlanmır. 

Hesabatda qeyd olunur ki, BMT-yə daxil olan 193 ölkədən 106-da ölüm hökmü ləğv edilib. 

www.ÇıxışYolu.Com