ed6651d5-498f-4e2c-9d3f-0c6a3b3d6560..jpg

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

Baxış sayı: 511 dəfə baxılıb.

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə
yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində
əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd
edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Amid Xancanov
saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı marixuana, yaşadığı ünvandan isə xüsusi
aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu aşkar
edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs
qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Source link