Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

Baxış sayı: 2. 461 dəfə baxılıb.

Müğənni Natavan Həbibi atasız olmasından danışıb.

ÇıxışYolu.Com-ın suallarına cavab verən müğənni atasına ehtiyacı olduğunu bildirib:

– Hər övlad hər iki valideynə möhtacdır. Mən atamdan ayrı böyümüşəm. Anam atasızlığı bizə hiss etdirməməyə çalışıb, onun varlığı çox güclüdür.

Bu gün yanımda, çox şükür, anam var. Amma elə saatlar olub ki, bir kişiyə qarşı tək qalmışam, o zaman atam olmasını istəmişəm. İstəyərdim ki, gedib atama deyim ki, o kişi məni təkləyib, kömək elə. Ata sevgisi o anlarda lazımdır.

Heç bir atanın övladını tək qoymağa haqqı yoxdur. Qadınla kişi arasında problem ola bilər, amma bu uşaqlara əziyyət verməməlidir. Mən övladını tək qoyan ataları qınayıram.

– Atanızı bağışlamısınız?

– O, mənim atamdır. Bağışlamamaqdan söhbət gedə bilməz. Onu qəlbimdə sevmişəm, sevirəm.

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

– Natavanın ana olmaq istədiyini bilirik. Qız və ya oğlan övladının fərqi varmı?

– Ayrıseçkilik haqqında düşünməmişəm. Evimizdə bacımın qızı böyüyüb. Qızın necə böyüdülməsini bilirəm, təcrübəm var.

– Qız övladını necə, qadağalı və ya qadağasız böyütmək lazımdır?

– Qadağalı, anlayışlı və şəxsiyyət kimi. Uşağa doğulandan böyük kimi davranmalıyıq. Anam mənə “sənə qurban” deyib, uşaq kimi əzizləməyib.  Şəxsiyyət kimi yetişmişəm, düz edib. O zaman uşaq həyata qədəmlərini möhkəm qoyur.

– Son günlər  arıqlamağınızla diqqət çəkirsiniz. Bəziləri deyir, xəstəlik tapıb, bəziləri deyir, dərddən arıqlayır.

– İştahım olanda yeyirəm, olmayanda yemirəm.  Mən əsəbləşəndə yemək yeyə bilmirəm. Ancaq su içirəm. Xəstəlikdən söhbət gedə bilməz.

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

– Həmkarınız  Xatun dedi ki, siz özünüzü anakonda kimi aparırsınız. Amma onun açıqlamasına cavab vermədiniz…

– Bu haqda danışmayacağam. Ona cavab verməyəcəyəm, vaxtım yoxdur. Deyirlər, Natavan özündən razıdır, “mən-mən” deyir. Fərqimiz də burdadır. Mən özümdən, onlar məndən danışır.

İşlərimdən, özümdən danışırlar. Onlar bacardığı qədər məndən danışsınlar, illərdir gündəmimi saxlayırlar. Mən heç nə etmirəm, gündəmə gətirirlər. 

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

– Son zamanlar cazibədar pozlar verirsiniz…

– Evlilikdən əvvəl qapalı idim. İndi bu imicdə olmaq xoşuma gəlir.

– Dado ilə münasibətləriniz qarışıqdır. Siz ayrıldığınızı demişdiniz, o, bayramlarda sizinlə fotosunu paylaşdı. İnsanlar bunu reklam olaraq anlayır.

– Mən həyatımı yaşayıram. Heç bir reklamdan söhbət gedə bilməz. Mən heç kimin həyatına qarışmıram, kimsə də mənə qarışmasın. Şəxsi həyatımdan artıq danışmayacağam.

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

Natavan: Atama o kişinin məni təklədiyini demək istərdim

.
www.ÇıxışYolu.Com