23569bb1-6a90-46ce-88f4-a207d75d12aa..jpg

Naxçıvana yanacaq daşıyan sürücülərin xərcləri azaldılıb

Baxış sayı: 534 dəfə baxılıb.

Naxçıvana yanacaq daşıyan sürücülərin xərcləri azaldılıb

Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli
yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər
xərclər isə 25 ABŞ dolları azaldılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını
həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. Həmçinin
ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin
məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz
maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına
endirilib.

Razılaşdırılmış azadolmalar bu aydan tətbiq edilir. Nəticədə bu istiqamətdə
beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri
təxminən 3 dəfəyə qədər azalıb. Bu da daşıyıcıların maliyyə vəziyyətinin
yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi
töhfə verəcək.

Source link