68f87d7f-b55f-412a-b92a-59bb67301eb1..jpg

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirildi – FOTO

Baxış sayı: 2. 405 dəfə baxılıb.

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirildi – FOTO

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.

“Report” xəbər verir ki, martın 19-da Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli,
dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş
konsulu Asip Kaya Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki “Əcəmi
Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən “Novruz
şəhərciyi”ndə iştirak ediblər.

Əvvəlcə “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsinə
ehtiram ifadə edilib.

El ağsaqqalı Dədə Qorqud, xalq qəhrəmanları Koroğlu və Babək Novruzun gəlişi
münasibətilə xeyir-dua verib.

Bayram tonqalı yandırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir
iştirakçılarını Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək deyib
ki, Novruzun Azərbaycana builki gəlişi Ümummilli Liderimiz Heydər Əliyevin 100
illik yubileyinin qeyd olunduğu “Heydər Əliyev İli”nə təsadüf etdiyi üçün
xüsusilə əlamətdardır: “Məhz Ulu Öndərimizin səyi nəticəsində Novruz bayramı
milli varlığımızın rəmzlərindən biri kimi bu gün qeyd olunur. Novruz bayramı
keçmişlə gələcək arasında mənəvi bağdır. Bayramın mahiyyətini ifadə edən sülh,
quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun və
yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. Bu
gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gücü və varlığı
ilə çalışır və buna nail olur ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı
inkişaf və rifah şəraitində yaşasın. Artıq Novruz bayramı ölkəmizdə Zəfər
ovqatı və işğaldan azad olunmuş torpaqlara böyük qayıdış əhval-ruhiyyəsi ilə
qeyd olunur. Əminik ki, cənab Prezidentin qətiyyətinin və iradəsinin nəticəsi
olaraq Zəngəzur dəhlizi uğurla reallaşdırılacaq. Bu, Azərbaycanımıza, onun
ayrılmaz parçası olan Naxçıvanımıza böyük inkişaf gətirəcək”.

Səlahiyyətli nümayəndə bu əziz bayram günündə Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda canlarından keçən bacı və qardaşlarımızın xatirəsini
dərin hörmət və ehtiramla yad edib, şəhid ailələrini, qaziləri, torpaqlarımızın
keşiyində ayıq-sayıq dayanan əsgər və zabitləri, bütün muxtar respublika
əhalisini təbrik edib, sağlıq və səadət arzulayıb.

Şənlikdə muxtar respublikada olan bir çox təşkilatların, qurumların və fiziki
şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil olunub.

Sonra səlahiyyətli nümayəndə şəhid və qazi övladlarına bayram hədiyyələri
təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Tədbirdə qurulmuş “Uşaq şəhərciyi”ndə uşaqların əyləncəsini təşkil etmək üçün
Mədəniyyət Nazirliyi və könüllülər tərəfindən maraqlı oyunlar keçirilib,
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifası izlənilib.

Bayram şənliyində ictimai iaşə xidməti də göstərilib.

Source link