24334f8c-eb4a-4a96-884c-240c9a37418e..jpg

Naxçıvanda şagird sinif yoldaşını bıçaqlayıb

Baxış sayı: 760 dəfə baxılıb.

Naxçıvanda şagird sinif yoldaşını bıçaqlayıb

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Azərbaycan
küçəsində baş verib.

Naxçıvan şəhər 17 saylı tam orta məktəbin şagirdi, Naxçıvan şəhər sakini
2007-ci il təvəllüdlü Əli Əliyev münaqişə zəminində sinif yoldaşı tərəfindən
bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya
şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Source link