0762ead6-0bfe-4b75-9f5d-298a018c1607..jpg

Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq səs verib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 3. 764 dəfə baxılıb.

Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq
səs verib – YENİLƏNİB + FOTO/VİDEO

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra
ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

O, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilərdə
iştirak edərək səs verib.

10:18

Bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər
başlayıb.

Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə saat 20:00-da
başa çatacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də ölkədə keçirilən parlament
seçkilərində səs verib.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.

Source link