9a029d49-56e0-48e6-ac93-94ea62bb34bc..jpg

Nazir müavini: “Azərbaycan Qazaxıstan üçün yüksək ticari maraq kəsb edir”

Baxış sayı: 765 dəfə baxılıb.

Nazir müavini: “Azərbaycan Qazaxıstan üçün yüksək ticari maraq kəsb edir”

Azərbaycan Qazaxıstan üçün maraqlı ixrac istiqamətidir və son beş il ərzində
üçüncü missiyadır. Missiya çərçivəsində 30 milyon dollar həcmində Qazaxıstan
məhsullarının tədarükünə dair sazişlərin imzalanacağını gözləyirik.

Bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat
Torebayev Trend-ə müsahibəsində deyib.

“Qazaxıstanın təqribən 20 ixraca dəstək vasitəsi var. Biz biznesi xaricə
mütəşəkkil qaydada çıxarırıq, onunla müvafiq işləri aparırıq, tərəfdaşlar
tapırıq, daha sonra ticarət missiyaları keçirilir. Bu il biz təqribən 12 belə
missiya təşkil edəcəyik. Missiyaların sayı az olduqda belə, biz getdiyimiz
ölkələrə olduqca spesifik baxırıq. Ölkəyə gəlmişiksə, deməli bu ölkə Qazaxıstan
üçün ixrac baxımından yüksək maraq kəsb edir. Beləliklə, Azərbaycan Qazaxıstan
üçün ixrac baxımından yüksək maraq kəsb edən ölkələrdən biridir”, – deyə nazir
müavini qeyd edib.

O, əvvəlki missiyaların 38 milyon və 35 milyon dollar dəyərində sazişlərin
imzalanması ilə başa çatdığını əlavə edib.

Torebayev, həmçinin Azərbaycan tərəfin Qazaxıstana səfərinin təşkilində
Qazaxıstanın köməklik göstərməyə hazır olduğunu qeyd edib.

“Azərbaycan məhsullarının idxalına maraq yetərincə böyükdür və hesab edirəm
ki, qarşılıqlı səfərlər təşkil olunmalıdır”, – deyə nazir müavini sonda
bildirib.

Source link