Nazir müavini: Bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntular var

Nazir müavini: Bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntular var

Baxış sayı: 2. 957 dəfə baxılıb.

Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir.

ÇıxışYolu.Com  xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib:

“Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma, bu, o demək deyil ki, vergi nəzarəti olmayacaq”.

Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdikləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib:

“Vergi və gömrük sənədlərini düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.

Ona görə də şəffaflığın təmin olunması məqsədilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır”.

.
www.ÇıxışYolu.Com