557c0fc3-d668-45ca-8dc9-8460395fd8d8..jpg

Nazir: “Qarşımızda duran əsas məsələ özəl sektorun Qarabağa ayaq açmasıdır”

Baxış sayı: 651 dəfə baxılıb.

Nazir: “Qarşımızda duran əsas məsələ özəl sektorun Qarabağa ayaq açmasıdır”

“Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş
ərazilərimizin bərpası və özəl sektorun Qarabağa ayaq açması ilə bağlıdır”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
(ASK) təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığının
inkişafı” mövzusunda konfransa videomüraciətində bildirib.

“Bu proses bizim vətəndaşlarımızın böyük qayıdışı ilə üst-üstə düşür. Bir sıra
rayon və şəhərlərin Baş planları artıq təsdiq edilib, baza infrastrukturun
yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Eyni zamanda,
sahibkarlarımızı və investorları Qarabağa investisiya yatırmağa və biznes
qurmağa bir daha dəvət edirəm. Dövlət bu məqsədlə zəruri dəstəyi təmin edir və
bundan sonra da edəcək.

“Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında sahibkarlar üçün
əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi
güzəştləri təsdiq olunub. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə
sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının
daha da gücləndirilməsinə xidmət edəcək. Bütün bunlar bir daha göstərir ki,
dövlət daim sahibkarın yanındadır və biz nəticəyönümlü tədbirlər, effektli
dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına
nail oluruq”, – deyə o qeyd edib.

Nazir deyib ki, qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan
gözləntilər böyükdür:

“Çünki sahibkarlar dövlətin sütunudur. Azərbaycanın inkişafında şəffaf işləyən
sahibkarların böyük rolu var. Onlara təşəkkür edirik. Ümumilikdə,
sahibkarlarımız daha fəal təşəbbüslər göstərmək və investisiya yatırmaqla
yanaşı, dövlətin artan dəstəyi fonunda fəaliyyətini korporativ sosial
məsuliyyətə uyğun qurmalı, şəffaflıq prinsiplərinə daim sadiq qalmalıdırlar”.

Source link