“Neftçi”nin futbolçusu: “Sabah”la oyunda meydana üç xal üçün çıxacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Meydana üç xal üçün çıxacağıq”.
“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Sabah”a
qarşı keçirəcəkləri Premyer Liqanın XI turunun oyunu ilə bağlı klubun rəsmi
televiziyasına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi komandada hər şeyin qaydasında olduğunu bildirib:
“Səbail”ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma
gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir”.
Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib:
“Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum
sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə
etməyə çalışacağam”.
O, “Sabah”ın üç gün əvvəl “Sumqayıt”la II turdan təxirə salınmış oyunda
iştirak etməsinə toxunub:
“Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə
qazanmalıyıq”.
Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da reallaşacaq “Neftçi” – “Sabah”
matçı saat 18:30-da start götürəcək.