ba5cac1d-e16c-4223-a701-d8e410cba062..jpg

“Neftçi”nin futbolçusu yenidən zədələndi

Baxış sayı: 835 dəfə baxılıb.

“Neftçi”nin futbolçusu yenidən zədələndi

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.

Bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına
açıqlaması zamanı deyib.

O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə
başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma
əmələ gəlib. Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə
başlaması planlaşdırılır.

“Neftçi”nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki
hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.

Source link