19a1e66f-77c3-4aaa-ade2-4d83f56dac67..jpg

“Neftçi”nin icraçı direktoru: “Əsas məsələ qələbələrin davamlı olmasıdır”

Baxış sayı: 637 dəfə baxılıb.

“Neftçi”nin icraçı direktoru: “Əsas məsələ qələbələrin davamlı olmasıdır”

“2:0 öndə olsaq da, futbolçular 3-cü qolu da vurmaq istəyirdilər. Təəssüf ki,
alınmadı. Mənim proqnozum 3:0 hesablı qələbə idi”.

Cixisyolu.com xəbər verir ki, bunu “Neftçi”nin icraçı direktoru Fərrux Mahmudov UEFA
Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın
“Jelezniçar” klubuna qarşı cavab oyunundan (2:0, ilk oyun – 2:2) sonra
jurnalistlərə açıqlamasında deyib.

Növbəti mərhələyə yüksələn klubun rəhbəri bildirib ki, əsas məsələ qələbələrin
davamlı olmasıdır:

“Oyundan təssüratlar çox gözəldir. Komanda ilə qürur duyuram. Futbolçular sona
qədər vuruşdular. Çox gözəl qələbədir. Əsas məsələ bunun davamlı olmasıdır. Bu,
yeni rəhbərliyin, yeni baş məşqçinin ilk qələbəsidir”.

Azarkeşlərin möhtəşəm ab-hava yaratdığını vurğulayan klub rəhbəri komandanın
istədikləri performansı göstərdiyini söyləyib:

“İstədiyimiz performansı gördük. Top daha çox bizdə idi. Hücumçumuz
olmaya-olmaya hücumda oynadıq. Azarkeşlərin əlləri, ayaqları var olsun ki,
gəldilər. 12-ci oyunçumuz oldular. Yaxın günlərdə onlarla da görüşəcəyik”.

F.Mahmudov növbəti mərhələdəki rəqib Türkiyə “Beşiktaş”ına qarşı da yaxşı
futbol oynayacaqlarına inandığını söyləyib:

“Əminəm ki, hər oyunda yaxşı futbol göstərəcəyik. Yeni hücumçularımız da
gəlir. İnanıram ki komandamız daha da güclü olacaq”.

Fərrux Mahmudov iki futbolçu ilə danışıqların davam etdiyini, yaxın günlərdə
transferlərin ola biləcəyini əlavə edib.

Faiq Tahirov

Source link