cb655611-86dc-4067-b5bb-ad06ccbc473a..jpg

“Neftçi”nin Konfrans Liqasındakı növbəti rəqibi İstanbul nəhəngi oldu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 654 dəfə baxılıb.

“Neftçi”nin Konfrans Liqasındakı növbəti rəqibi İstanbul nəhəngi oldu –
YENİLƏNİB + FOTO/VİDEO

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi
dəqiqləşib.

“Ağ-qaralar” növbəti raundda Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcəklər.

İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Albaniyada
“Tirana”ya iki cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini məğlub edən
(3:1) “qara qartal” iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.

Qeyd edək ki, III raundun qarşılaşmaları 10-17 avqustda olacaq.

Daha çox şəkil burada: PhotoStock.az

23:05

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda
“Neftçi” və “Jelezniçar” arasındakı görüşdə təmsilçimiz qalib gəlib. Rəqibinə
iki cavabsız topla qalib gələn paytaxt təmsilçisi UEFA Konfrans Liqasının III
təsnifat mərhələsinə yüksəlib.
Xatırladaq ki, komandalar arasındakı ilk görüş 2:2 hesabı ilə başa çatmışdı.

22:25

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda
“Neftçi” və “Jelezniçar” arasındakı görüşdə təmsilçimiz ikinci topu vurub.
“Neftçi”nin heyətində 68-ci dəqiqədə Yuri Matias komandamızın ikinci qolunun
müəllifi olub.

22:10

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda
“Neftçi” və “Jelezniçar” arasındakı görüşdə ikinci hissə start götürüb. İlk
hissədən sonra Azərbaycan təmsilçisi hesabda öndədir.

21:23

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda
“Neftçi” və “Jelezniçar” qarşılaşır. Qarşılaşmanın 20-ci dəqiqəsində
təmsilçimiz hesabı açıb. “Neftçi”nin heyətində K.Sayef fərqlənib.

21:01

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda
“Neftçi” və “Jelezniçar” qarşılaşır. Hakimin start fiti ilə oyun başlayıb.

20:27

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə
gələcək “Neftçi” və “Jelezniçar”ın start heyətləri bəlli olub.

Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar
meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi”: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26.
Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5.
Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon

Baş məşqçi: Adrian Mutu

“Jelezniçar”: 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç,
23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77.
Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç

Baş məşqçi: Nermin Başiç

Qeyd edək ki, bu gün 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək qarşılaşma
saat 21:00-da başlayacaq.

Source link