fcf9f90d-c515-43c5-93a0-344c15eb9ef0..jpg

“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalının açılışı olub – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalının açılışı
olub – FOTO

Oktyabrın 6-da Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki
təcrübələr festivalının təntənəli açılış mərasimi olub.

Açılış mərasimi festivalın tərəfdaş məkanlarından biri olan “The Club Port
Baku” idman klubunda baş tutub.

Azərbaycanda ilk dəfədir ki, özünüinkişaf və sağlamlıq sahəsi üzrə belə bir
miqyasda möhtəşəm tədbir keçirilir.

Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət
mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.

Festivalda üç gün ərzində Azərbaycanın, həmçinin dünyanın ən peşəkar
mütəxəssislərinin ustad dərsləri keçiriləcək.

Açılış mərasimində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin
akademik direktoru və Beynəlxalq “Nine Senses” festivalının həmtəşkilatçısı
Natalya Jukova açılış nitqi ilə çıxış edib. Natalya Jukova çıxışında ölkəmizdə
sağlam həyat tərzinin inkişafı və təbliği baxımından festivalın keçirilməsinin
əhəmiyyətini qeyd edib.

“Biz festivalı iki həftəyə hazırladıq, bu inanılmazdır! Komanda qısa müddət
ərzində bu cür böyük layihəni həyata keçirməklə möhtəşəm iş bacardı.

Qeyd edim ki, festival növbəti iki gün ərzində daha da canlanacaq. Cümə günü
rahat səhər məşqləri ilə başladıq -Tsiqun və Nəfəs Alma Texnikaları. Şənbə günü
menecerlərimiz – İmran Kriya, Nandan Qautam, Anna Vladimirovanın çıxışları ilə
davam edəcəyik.

Bazar günü isə “Sea Breeze Event Hall”da biznes panel və “Nine Senses”də
müxtəlif və maraqlı proqram planlaşdırılır. Axşam konsertləri, tematik
yarmarka, rəqs improvizasiyaları keçiriləcək. Bütün bunlar festival
iştirakçılarını yeni təcrübələr və unudulmaz anlar yaşadacaq.

Hər il keçiriləcəyini gözlədiyimiz layihəmizə “Nine Senses”in təsisçisi Leyla
xanım dəstək göstərib. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar
mütəxəssisləri bir araya gətirmək və festival ərəfəsində onların təcrübələrini
festival iştirkaçılarına təqdim etməkdir”, – deyə Natalya Jukova əlavə edib.

Festival iştirakçılara insanın harmonik inkişafı üzrə bütün müasir dünya
tendensiyaları ilə tanış olmaq imkanı verəcək. Festival ərəfəsində kriya,
kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü
təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun,
terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr
üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq.

Bildirək ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr
festivalı oktyabrın 8-dək davam edəcək.

Xatırladaq ki, festival ANSA təhsil platforması ilə birgə təşkil olunub.

Source link