ff61f31f-8e0d-4168-be60-0fbad583d449..jpg

Nizami küçəsində qanunsuz kafe tikintisinin qarşısı alındı

Baxış sayı: 543 dəfə baxılıb.

Nizami küçəsində qanunsuz kafe tikintisinin qarşısı alındı

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı
Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində
(Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir
razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib.

Qurumdan Cixisyolu.com-a bildirilib ki, tikinti dərhal dayandırılıb.

Qeyd edilib ki, məsələ barədə Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında
aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə
məlumat verilərək, qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi
barədə müraciət olunub:

“Hazırda tikinti işləri tam olaraq dayandırılıb, Komitənin Baş İdarəsinin
nəzarəti altına götürülüb. Şəhərimizin nəbzinin qorunmasına biganə olmayan
vətəndaşlara təşəkkür edirik”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Nizami küçəsində kafe tikintisi
barədə məlumat paylaşılıb. Vətəndaşlar bu addıma irad bildirib və tikintiyə
icazə verilməsini pisləyiblər.

Source link