Nura Suri Ulvira Qarayevaya əsəbiləşib canlı efiri tərk etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Televiziyada yayımlanan ictimai-sosial verilişlərdən birinin canlı efirində
gərgin dolu anlar yaşanıb.
Sözügedən verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ulvira Qarayevaya
əsəbiləşdiyi üçün studiyanı tərk edib.
Nuranı bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara danışmağa
macal verməməsi olub:
“Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək,
heç kim öz fikrini deməyəcək, eyni hamının bildiyi mövzu ətrafında söhbət
olacaq, bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!”
Müğənninin bu sözlərindən sonra isə aparıcı Ulvira Qarayeva “İmkan verə
bilərik ki, mahnı oxuyasan” ifadəsini dilə gətirib. Nura isə – “Yox, oxumaq
istəmirəm. Getmək istəyirəm. Mən özümü doğrudan da narahat hiss edirəm.
Danışdığımız söhbətin heç bir mənası yoxdur”, – cavabını verib.
Bundan sonra isə Nura ayağa qalxaraq yaxasında olan mikrofonu çıxarıb və efiri
tərk edib.
Verilişin canlı efirində yayımlanan həmin anları sizə təqdim edirik: