1c218c9e-ca69-4df4-8a11-f859ed5d166a..jpg

Nyu-Yorkda tarixi bina Türkiyə bayrağının rənglərinə boyandı – FOTO

Baxış sayı: 876 dəfə baxılıb.

Nyu-Yorkda tarixi bina Türkiyə bayrağının rənglərinə boyandı – FOTO

ABŞ-nin Nyu-York ştatında yerləşən “Empire State Building” binası
Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Türkiyə bayrağının rəngləri ilə
işıqlandırılıb.

Tarixi bina fevralın 6-da Türkiyədə baş verən təbii fəlakətdə həyatını
itirənlərin xatirəsini yad etmək və sağ qalanlara dəstək olmaq məqsədilə
qırmızı və ağ rənglərə boyanıb.

Bu barədə bina rəhbərliyi “Twitter” səhifəsində paylaşım edib.

“6 fevralda baş verən faciəvi zəlzələnin qurbanlarına dəstək olmaq üçün
“Empire State” binası bu gecə qırmızı və ağ rənglərlə parlayacaq”, – deyə
paylaşımda qeyd edilib.

Mənbə: Haber Global

Source link