738f9a92-ef70-442b-925d-342de8ecd818..jpg

Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı

Baxış sayı: 1. 113 dəfə baxılıb.

Oğurladığı balıqla qatığı geri qaytardı, həbs olunmadı

Novruz bayramına görə rayondan qohumlarının evinə altı ədəd kütüm balığı və üç
balon qatıq gətirən şəxsin yükü metronun “Koroğlu” stansiyasının yaxınlığında
oğurlanıb.

“Qaynarinfo” xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis
Bölməsinin əməkdaşlarının apardıqları araşdırma zamanı oğurluğu 1988-ci ildə
Göyçay rayonun Yalman kəndindən anadan olmuş Nazimin (şərti) törətdiyi
müəyyənləşib.

O, zərərçəkmişin 12 kq çəkisi olan kütüm balığını və üç balon qatığını
oğurladığını etiraf edib.

Nazim oğurladığı malları geri qaytardığından məhkəmənin qərarı ilə İnzibati
Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta
törətməsinə dair iş üzrə icraata xitam verilib və sərbəst buraxılıb.

Source link