e926a532-0ef0-4f8a-90df-77942e8e980e..jpg

“Ölkə başçımızın rəhbərliyi altında xalqımızı daha böyük uğurlar və zirvələr gözləyir” – ŞƏRH + FOTO

Baxış sayı: 523 dəfə baxılıb.

“Ölkə başçımızın rəhbərliyi altında xalqımızı daha böyük uğurlar və zirvələr
gözləyir” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın milli dövlətçiliyi son 20 il ərzində özündə inkişaf, intibah və
qələbə mərhələlərini əks etdirib. Ən şərəfli tariximiz olub. Bu tarixin
əsaslarını ümummilli lider Heydər Əliyev qoyub, Prezidentİlham Əliyev isə güclü
Azərbaycan dövlətini ucaldıb. Hər bir dövlətin siyasi müstəqilliyi onun
iqtisadi müstəqilliyindən asılıdır. Dövlət iqtisadi cəhətdən asılı olduqda
xarici sifarişlərin icraçısına çevrilir. Azərbaycan sözün əsl mənasında
iqtisadi və siyasi müstəqilliyinə qovuşa bildi”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov
deyib. O qeyd edib ki, siyasi müstəqilliyin möhkəm olması dünyada özünün
ədalətli mövqeyinin inamla müdafiə etməsinə və dünya nizamının əsas aktoruna
çevrilməsinə yol açır:

“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq
arenalarda sözünün imzası qədər möhkəm olduğunu təsdiq edərək nüfuzlu aktora
çevrilib. Bu gün Azərbaycan dövləti Qoşulmama Hərəkatına sədrlik etməklə yanaşı
Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.

İqtisadi uğurlarımızın təməlində ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi dayanır. Azərbaycan
xalqının milli sərvəti olan neft-qaz resurslarından səmərəli və şəffaf istifadə
etməsi sayəsində ölkəmizin qeyri-neft sektoru uğurla inkişaf etdirilib.
Neft-qaz sahəsində icra olunan BTC, BTƏ, TANAP, TAP kimi beynəlxalq enerji
ixracı layihələrimiz neft və qaz resurslarımızın dünya bazarlarına ayaq
açmasına yol açdı. Prezident İlham Əliyev seçildiyi ilk gündən deyirdi ki, neft
kapitalını insan kapitalına çevrilməlidir. Son 20 ildə neft gəlirlərinin
ədalətli və şəffaf bölüşdürülməsi sayəsində ölkəmizin qeyri-neft sektoru
inkişaf etməklə insanların rifahının yaxşılaşmasını təmin etdi”.

Millət vəkili bildirib ki, son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi
proqramları icra olunub:

“Son 20 ilin makroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salaq: ÜDM 3,6
dəfə, adam başına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xarici
ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47
dəfə artıb.

Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə
üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə
yatırılıb, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Son 20
ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub. Sənaye
parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilərək ölkədə
müxtəlif çeşidli qeyri-neft məhsullarının istehsalının artmasına, vətəndaşların
etibarlı mallarla təmin edilməsinə və ixrac potensialının artmasına töhfə
verilib. Son 20 ildə ölkədə 2 milyondan çox iş yeri yaratmaqla işsizlik 50%-dən
5%-ə, yoxsulluq isə 49%-dən 5,5%-ə endirilib.

Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum
pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19
dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19
dəfə artıb, pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6
milyard manata çatdırılıb”.

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı
“Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqram”larının dörd
mərhələsinin icrası çərçivəsində son 20 ildə regionlarımıza 200 milyard dollara
yaxın vəsait yatırılıb:

“Son 20 ildə 4000-ə yaxın məktəb binası, 740-dan çox səhiyyə müəssisəsi, 50
İdman Olimpiya Kompleksi, 21 min kilometrə yaxın müxtəlif təyinatlı yollar
yenidən qurularaq istifadəyə verilib. Ölkədə qazlaşma 51%-dən 98%-ə çatmış,
elektrik enerji ilə əhalinin təminatı idxaldan azad olunaraq fasiləsiz təmin
olunur. Şəhərlərin və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri
təminatının müasirləşdirilməsi ilə bağlı böyük layihələr icra olunub.
Regionlarda aparılan quruculuq-bərpa işlərinin nəticəsi olaraq şəhərlə kənd
arasındakı fərq aradan qalxıb, kəndlərdən şəhərə axın dayanaraq bu proses əks
istiqamətə yönəldilib.

Azərbaycan dövləti ölkənin yerləşdiyi coğrafiyasından düzgün istifadə edərək
regional və beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Belə ki,
istifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi zonası,
Bakı Tbilisi Qars Dəmir Yolu, Şimal-Cənub və Qərb-Şərq Nəqliyyat Dəhlizləri
Azərbaycanı beynəlxalq daşımaların əsas arteriyalarından birinə çevirib”.

Deputat son 20 ildə Azərbaycanın iqtisadi gücünün artmasının ordu quruculuğu
və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açdığını əlavə edib:

“Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlər ayırmaqla Azərbaycan
ordusunun döyüş arsenalı müasirləşdirilib, peşəkarlığı artırılıb və qarşısına
qoyulduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etməyə qadir orduya
çevrilib. Bu gün ölkənin müdafiə sənayesi sektorunda 200-dən çox adda məhsul
istehsal olunur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil olub.

Ordumuz öz gücünü 3 il əvvəl döyüş meydanında nümayiş etdirib. 44 gündə
torpaqlarımızı azad edərək 30 illik erməni işğalına son qoyub. O cümlədən 19-20
sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə 24
saat ərzində Qarabağda erməni separatizminin kökünü kəsərək, öz gücünü dünyaya
bir daha nümayiş etdirib. Ordumuz ölkəmizin suverənliyini göz bəbəyi kimi
qoruyur və ola biləcək hər bir təhlükəni anındaca məhv etmək iqtidarındadır”.

“Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün ifadəsini də keçmişdə
saxlamağımıza yol açdı. Prezidentin sərəncamı ilə 2022-2026-cı illərdə “Böyük
Qayıdışa dair Dövlət Proqramı” imzalanıb. Bu proqrama əsasən, 2026-cı ilə qədər
8 şəhər və 100 kənd yenidən qurulub bərpa edilərək, keçmiş məcburi köçkünlərin
öz doğma yurdlarına qayıdışı təmin ediləcək. Artıq 8 şəhər və 80-dən çox kəndin
baş planları təsdiq olunub, tikinti işlərinə başlanılıb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 7 milyard
dollar vəsait ayrılıb, gələn ilin dövlət büdcəsində də daha 4 milyard manatın
ayrılacağı nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir
yolları yenidən tikilir, 2 beynəlxalq hava limanı istifadəyə verilib və 3-cü
hava limanının tikintisi davam etdirilir, 30-dan çox kiçikhəcmli su elektrik
stansiyası yenidən qurulub, Zəngilanda Dost Aqroparkının birinci mərhələsinin
açılışı edilib. Ağalı, Laçın Zabux, Talış və s. kəndlər yenidən qurulub bərpa
edilərək öz doğma sakinlərini qarşılayıb. Füzuli şəhərinə keçmiş məcburi
köçkünlərin qaytarılması prosesi davam edir.

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti
bütün ərazilərində suverənliyini bərpa edərək dünya çapında öz sözünü deyən çox
nadir dövlətlərdən birinə çevrildi. Prezident hər bir azərbaycanlının
prezidenti olduğunu təsdiq etdi. Ölkə başçımızın rəhbərliyi altında xalqımızı
gələcəkdə də daha böyük uğurlar və zirvələr gözləyir”, – deyə A.Badamov qeyd
edib.

Nəzrin Vahid

Source link