3f3b2d41-11ec-4aa3-80f4-4c1fe57324a6..jpg

Ölümdən dönən sabiq “Qarabağ”lı üçün mövsüm erkən başa çatdı

Baxış sayı: 675 dəfə baxılıb.

Ölümdən dönən sabiq “Qarabağ”lı üçün mövsüm erkən başa çatdı

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi
Borges üçün mövsüm erkən başa çatıb.

Bu barədə yarımmüdafiəçi özü məlumat verib.

Rusiya Premyer Liqasının XXIV tur oyununda “Spartak”ın müdafiəçisi Georgi
Cikiya ilə toqquşma nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı
sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı
zamanı kollektivə qoşulacağını deyib.

“Reabilitasiya müddəti 15-20 gün olacaq. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay
çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Böyük ehtimalla
növbəti mövsümün hazırlığı zamanı komandaya qoşulacağam”, – braziliyalı
açıqlamasında bildirib.

Mənbə: Sport24.ru

Source link