b283972a-08ae-4275-8557-2c1ced7e57b2..jpg

Ombudsman Ermənistanda əsir götürülmüş əsgərlərimizin valideynləri ilə görüş keçirib

Baxış sayı: 834 dəfə baxılıb.

Ombudsman Ermənistanda əsir götürülmüş əsgərlərimizin valideynləri ilə görüş
keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında Naxçıvan Muxtar Respublikasının
Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitinə
görə itkin düşmüş və Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi
qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüş keçirilib.

Bu barədə Ombudsman Aparatından məlumat yayıb.

Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini,
eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə
qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib.
S.Əliyeva müvafiq beynəlxalq və regional təşkilatlara ünvanladığı məktubda
hərbi qulluqçularımızın Ermənistanda saxlanıldıqları müddət ərzində
hüquqlarının təmin olunmasını, ailələri ilə videozəng vasitəsilə əlaqə
imkanının yaradılmasını, habelə əsgərimizin qeyri-insani rəftara məruz qalması
ilə bağlı video və fotoların araşdırılmasını tələb etdiyini vurğulayıb.

Bununla yanaşı, müvəkkil hərbi qulluqçularımızın vəziyyətinin diqqətdə
saxlanıldığını bildirib, onların azad olunaraq ölkəyə qaytarılmaları
istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Source link