b7e9fd7c-2e06-4d5e-9406-d7f878868aef..jpg

Ombudsman: “Ermənistanda türk mənşəli 521 yaşayış məskəninin adı erməni adları ilə dəyişdirilib”

Baxış sayı: 569 dəfə baxılıb.

Ombudsman: “Ermənistanda türk mənşəli 521 yaşayış məskəninin adı erməni adları
ilə dəyişdirilib”

“İki yüz ildən artıq davam edən müddətdə “Böyük Ermənistan” yaratmaq xülyası
ilə yaşayan təcavüzkar erməni millətçiləri və onların havadarları tərəfindən öz
tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı davamlı şəkildə soyqırımı
və etnik təmizləmə siyasəti həyata keçirilib, xalqımız ağır məhrumiyyətlərə və
faciələrə məruz qalıb, bir milyondan çox soydaşımız etnik mənsubiyyətinə görə
öz doğma yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya
Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr
erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan
– türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Errmənistanın Azərbaycana qarşı işğalçılıq və etnik
təmizləmə siyasəti tarixi ərazilərimizin zəbt edilməsi, mülki əhaliyə qarşı
törədilmiş cinayətlərlə məhdudlaşmamış, yaşı min illərlə ölçülən tarixi, dini,
mədəni sərvətlərimiz də vandal siyasətinin hədəfinə çevrilib:

“Xüsusilə də son 30 il ərzində xalqımıza məxsus tarixi abidələr, məscidlər və
ziyarətgah yerləri, qəbiristanlıqlar dağıdılıb, şair və yazıçılarımızın,
ziyalılarımızın ev muzeyləri talan edilib, büstləri güllələnib, mədəni irsimizə
aid əsərlər, klassik ustadların əlyazmaları məhv edilib, çox qiymətli əşya və
nadir eksponatlar oğurlanıb və Ermənistan ərazisinə daşınıb. Azad edilmiş
ərazilərimizdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb, digərləri təhqir
edilərək heyvanların saxlama yeri kimi istifadə olunub.

Azərbaycanlıların bu ərazilərdəki varlığını inkar etmək məqsədi ilə
abidələrimizin dağıdılması və məhv edilməsi ilə yanaşı, mədəni irsimizin bir
hissəsinin, o cümlədən məscidlərimizin məqsədyönlü şəkildə digər qonşu xalqlara
aid edilməsi kimi bədnam saxtakar əməllər də törədilib”.

Səbinə Əliyeva qeyd edib ki, xalqımıza qarşı törədilmiş ən böyük
təxribatlardan biri də Sovet hakimiyyəti illərində Ermənistan ərazisində
azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsi olub və bu, məqsədyönlü
şəkildə icra edilərək o zamankı dövlət rəsmilərinin fəaliyyətində vacib
elementə çevrilib:

“Nəticədə həmin dövrdə indiki Ermənistan ərazisində 521 türk mənşəli yaşayış
məskənlərinin adları erməni adları ilə dəyişdirilib. Bu kimi vandal fəaliyyət
30 illik işğal dövründə də davam etdirilib, virtual məkanda Azərbaycan
adlarının erməni adları ilə əvəz edilməsinə cəhdlər göstərilib.

Ermənistanın bu cür barbar əməllərdən istifadə etməkdə məqsədi xalqımızın
minilliklər boyu yaşadığı qərbi Azərbaycan torpaqlarında, eləcə də Qarabağ və
ətraf regionlarda onun tarixi keçmişini, buradakı Azərbaycan izlərini,
minilliklər boyu xalqımızın yaratmış olduğu mədəni irsi məhv etmək olub.

İşğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın,
bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim
diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin
məlumatlandırılması çox vacibdir”.

Source link