1eff3223-eb73-4f2e-96e4-5c6f69d4d886..jpg

Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış etdi

Baxış sayı: 670 dəfə baxılıb.

Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış etdi

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti Ermənistanın
əməllərini pisləməyə çağırıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Ombudsman Aparatının Ermənistanın 11 aprel
təxribatı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada deyilir ki, regionda sülhün və əmin-amanlığın təmini üçün
Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə
dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların
davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq
niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir:

“Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn
norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə
törətməkdədir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq
bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın hərbi təxribatlarına
son qoyulması və sülhün bərpası istiqamətində qəti mövqe nümayiş etməyə
çağırırıq”.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel
tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın
rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv
atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun
hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Source link