8d4e56ef-73b3-44b9-b750-51aee54ff59e..jpg

Ötən il yüzlərlə şəxsin təqaüdü kəsilib

Baxış sayı: 902 dəfə baxılıb.

Ötən il yüzlərlə şəxsin təqaüdü kəsilib

2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı
araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin
əlillik təyinatı ləğv edilib.

Cixisyolu.com-ın məlumatına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2022-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə bildirilib.

Həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər
dayandırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisdə təqdim olunur.
Hesabatı Baş nazir Əli Əsədov deputatların diqqətinə çatdırır.

Aqşin Kərimov

Source link