793e5dad-b00a-46f5-bf79-10fc47d4a9d8..jpg

PA rəhbəri: “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”

Baxış sayı: 555 dəfə baxılıb.

PA rəhbəri: “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir
Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin
20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O, Prezident İlham Əliyevin beş il əvvəlki çıxışını xatırladıb:

“2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham
Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet
məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə
hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz
ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.

2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması,
hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən
müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o
cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun
yaradılması və 1 200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı,
hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və
inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin
peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son
nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil
olmasını şərtləndirdi”.

Source link