dbe3b8e4-ab11-4010-90da-fc4200cfb457..jpg

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

Baxış sayı: 846 dəfə baxılıb.

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

İslamabad polisi ölkənin keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda
Hərəkat Partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə və onlarla
tərəfdarına qarşı terrorizm və digər milli qanun pozuntuları ittihamı irəli
sürüb.

İttihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən
hüquq-mühafizə orqanlarının əməkdaşları ilə partiya tərəfdarları arasında
toqquşmadan sonra ortaya çıxıb.

Məlumta görə, Pakistanın keçmiş baş naziri vəzifədə ikən xarici liderlərdən
aldığı bahalı hədiyyələrin satışı ilə bağlı keçirilən məhkəmə iclasında iştirak
etmək üçün paytaxtın rayon məhkəməsinə gedirmiş. İnsident zamanı 50-dən çox
polis əməkdaşı yaralanıb, 59 Xan tərəfdarı həbs edilib.

Bildirilir ki, son ittihamlar siyahısına terrorizm, polis əməkdaşlarına
işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına
xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var.

Mənbə: TASS

Source link