Paşinyan: Delimitasiyanın növbəti mərhələsi Sünikdə başlaya bilər

Paşinyan: Delimitasiyanın növbəti mərhələsi Sünikdə başlaya bilər

Baxış sayı: 197 dəfə baxılıb.

Delimitasiyanın növbəti mərhələsinin Sünikdən (Zəngəzur-red.) başlaması istisna olunmur, lakin bu, istənilən başqa ərazidə də baş verə bilər.

“Report” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Hazırda reqlament layihəsi üzərində işləyirik. İlkin razılığa əsasən, onun təsdiqlənməsindən sonra qərar veriləcək.

Dünəndən Sünik vilayətindəyəm, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəliyi, real Ermənistanın gündəliyi xalqımıza aydındır. Bu çox vacibdir. O deməkdir ki, nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.

Bu kontekstdə delimitasiya və digərləri operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, niyə baş verdiyini, məqsədin, risklərin nədən ibarət olduğunu, risklərin idarə edilməsi üsullarımızın nədən ibarət olduğunu ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, – Paşinyan qeyd edib.