8f36041a-d61d-4f41-a547-e2d7771b52a1..jpg

Paşinyanın oğlu Aşot İrəvanda döyüldü

Baxış sayı: 730 dəfə baxılıb.

Paşinyanın oğlu Aşot İrəvanda döyüldü

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum
edilib.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan özünün “Facebook”
hesabında məlumat verib.

Alen Simonyan xatırladıb ki, bu, bir neçə gün əvvəl hakim “Vətəndaş
müqaviləsi” fraksiyasının üzvü Vladimir Vardanyana edilən hücumun davamıdır.

“Baş verən hadisələrin izləri, əminəm ki, ölkəmizin hüdudlarından kənara çıxır
və mütəşəkkil təxribatlardır. Buna gecikmədən hüquqi və siyasi reaksiya
veriləcək”, – deyə Ermənistan parlamentinin spikeri yazıb.

Mənbə: News.am

Source link