457dab5f-2e9a-4f85-ad2d-0d77bb59fe77..jpg

Paytaxtda ağır qəza: Xəsarət alan var – YENİLƏNİB + VİDEO

Baxış sayı: 583 dəfə baxılıb.

Paytaxtda ağır qəza: Xəsarət alan var – YENİLƏNİB + VİDEO

Pirallahı-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ilə bağlı Cixisyolu.com-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov bildirib ki, qəza nəticəsində
bir nəfər xəsarət alıb:

“Hadisə bu gün səhər saatlarında Pirallahı yolunda qeydə alınıb. Məlumat daxil
olan kimi əraziyə DYP əməkdaşları cəlb ediliblər. “Ford Transit” markalı
avtomobillə “Hyundai” markalı avtomobilin yol ayrıcında bir birinə yol
verməməsi səbəbindən toqquşma baş verib. Hadisə yerində bir nəfər “Hyundai”
markalı avtomobilin sürücüsü xəsarət alıb. Yerindəcə ona ilk tibbi yardım
göstərilib və sərbəst buraxılıb. Ölüm halı qeydə alınmayıb”.

17:36

Pirallahı-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, hadisədən sonra şahidlər tərəfindən lentə alınan
görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan aydın olur ki, “Ford Transit” markalı avtomobil qəza nəticəsində
tamamilə yararsız hala düşüb.

Şahidlərin iddialarına görə, dəhşətli qəzada yaralananlar var.

Görüntüləri təqdim edirik:


Source link