Paytaxtda işləyənlərin sayı azalıb

Paytaxtda işləyənlərin sayı azalıb

Baxış sayı: 2. 314 dəfə baxılıb.

2018-ci ilin yanvar ayında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5382 nəfər azalaraq 695251 nəfər olub.

ÇıxışYolu.Com xəbər verir ki, 2018-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1,7 faiz artaraq 764,0  manat olub. 

Binəqədidə muzdla işləyənlərin sayı 43 639, Xəzər rayonu üzrə 29 779, Qaradağ rayonu üzrə 24 905, Nərimanov rayonu üzrə 65 760, Nəsim rayonu üzrə 152 348, Nizami rayonu üzrə 42 673, Pirallahı üzrə 8 008, Sabunçu rayonu üzrə 7 018, Səbail rayonu üzrə 116 463, Suraxanı rayonu üzrə 19 286,0, Yasamal rayonu üzrə 103 868 nəfər təşkil edib. 

Bakının rayonları üzrə ən yüksək əməkhaqqı Pirallahı və Səbail rayonunda qeydə alınıb.

.
www.ÇıxışYolu.Com