6bfa5316-7ea2-4d80-9964-58b5a6913573..jpg

PFL-in vitse-prezidenti: “II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin” – FOTO

Baxış sayı: 597 dəfə baxılıb.

PFL-in vitse-prezidenti: “II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu
görsəniz, təəccüblənməyin” – FOTO

“Çalışırıq ki, hər mövsüm öncəkindən daha maraqlı olsun. İnanırıq ki, maraqlı
mövsüm olacaq”.

Cixisyolu.com xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan
Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün püşkatma mərasimi
zamanı çıxışında deyib.

O bildirib ki, çempionatı yüksək səviyyədə keçirmək istəyirlərsə, bura yüksək
səviyyəli komandalar gəlməlidirlər:

“Komandalar heyətlərini gücləndirir, yaxşı təlim-məşq toplanışı keçirlər.
Klublarımız daha da peşəkarlaşırlar. İllər sonra Premyer Liqada idman prinsipi
qorundu. Elitanın sonuncusu I Diviziona düşdü. Bu, elitada mübarizəni də
gərginləşdirir. Çalışmalıyıq hər mövsüm bu qorunsun. “Araz Naxçıvan”da
infrastruktur problemi var. Ya qeyd-şərtsiz çempionu buraxmalı, ya da hansı
klub tələblərə cavab verirsə, onu elitaya buraxmalıyıq”.

A.Şahgəldiyev əlavə edib ki, legioner sayı üçün tətbiq ediləcək rüsumlarla
bağlı hər hansı güzəşt edilməyəcək:

“Rüsumla bağlı heç bir güzəşt olmayacaq. Güzəşt etsək, İcraiyyə Komitəsinin
qərarı əhəmiyyətsiz olacaq. Rüsum ödəmək istəməyən klub yerli oyunçuları cəlb
etməlidir”.

Qurum rəsmisi yarış sayı artdığı üçün işlərinin də çoxaldığını əlavə edib:

“Beş liqa keçirəcəyik. İşimiz artacaq. Ən çox tənqid ediləcəyimiz mövsüm
olacaq. Bunlardan qorxmuruq. II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu
görsəniz, təəccüblənməyin. Nə vaxtsa başlamalıydıq. Futbolçu qıtlığı olduğuna
görə I Liqa komandaları gənclərə təklif göndərirlər. Bu, faydalı məqamdır. Hamı
üçün uğurlu futbol mövsümünün olacağını düşünürəm”.

Daha çox foto burada: PhotoStock.az

Faiq Tahirov

Source link