PFL rəsmisi Millətlər Liqası oyununda UEFA-nı təmsil edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan
yeni təyinat alıb.
PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər
Liqasının seçmə mərhələsində təşkil olunacaq Sloveniya-Belarus matçında UEFA
nümayəndəsi olacaq. Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 31-də Sloveniyada reallaşacaq qarşılaşma Bakı vaxtı
ilə saat 20:30-da start götürəcək.