a2494882-fda9-494c-b6b9-a3be115bb536..jpg

Pokemonsevərlərə bəd xəbər – FOTO/VİDEO

Baxış sayı: 1. 067 dəfə baxılıb.

Pokemonsevərlərə bəd xəbər – FOTO/VİDEO

Yaponiyanın “Tokyo TV” telekanalı 26 il davam edən “Pokemon” cizgi serialının
final seriyasını nümayiş etdirib.

Animasiya filmi ümumilikdə 25 mövsüm və 1 234 seriyadan ibarətdir.

Yayımlanan final epizodunda Eş adlı qəhrəmanın (Yapon versiyasında – Satosi)
və onun dostu Pokemon Pikaçunun macəralarına son qoyulub.

Bununla belə, yaxın gələcəkdə Yaponiyada əfsanəvi kainata əsaslanan və
“Pokemon Horizons” adlanacaq yeni serial nümayiş etdirilməyə başlanacaq.
Tamaşaçılar yeni baş qəhrəmanlar qrupunu görəcəklər, lakin Eş və Pikaçunun da
yeni macəralarda iştirakı istisna edilmir.

“Pokemon” 1996-cı ildə media nəhəngi “Nintendo” tərəfindən yaradılıb. Mövcud
olduğu 26 il ərzində Pokemon televiziya seriallarının, anime filmlərinin,
videolarının və kompüter oyunlarının qəhrəmanlarına çevrilib. Dostların
macəralarından bəhs edən serial 192 ölkədə yayımlanıb.

Mənbə: Lenta.ru


Source link