b3d1a06d-d239-4bbc-9d01-afe17d6a44c3..jpg

Polislər bir gün ərzində 17,3 kiloqrama yaxın narkotik vasitə aşkarladılar

Baxış sayı: 947 dəfə baxılıb.

Polislər bir gün ərzində 17,3 kiloqrama yaxın narkotik vasitə aşkarladılar

Polis əməkdaşlarının martın 31-də respublika ərazisində keçirdikləri əməliyyat
tədbirləri nəticəsində ümumi çəkisi 17,3 kiloqrama yaxın narkotik vasitə aşkar
olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5
kiloqramdan artıq heroin, 2,2 kiloqramdan çox marixuana, 5,7 kiloqrama yaxın
tiryək, 3,6 kiloqramdan çox metamfetamin, 670 qram həşiş qatranı olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Source link